Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında” adlı kitab nəşr olunub
22.12.2021 11:40
  • A-
  • A
  • A+

“İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında” adlı kitab nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən “İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında” adlı toplu nəşr olunub.

Nəşrin baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, elmi redaktoru fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, tərtibçisi kiçik elmi işçi Könül Şəkiyevadır.

Topluda müasir elmi idrakın bir sıra aktual fəlsəfi-metodoloji məsələləri analiz edilib, subyektin idrak prosesindəki roluna fənlərarası yanaşma prizmasında nəzər salınıb. Həmin aspektdə məntiqi, tarixi və təbiətşünaslıqla bağlı aspektlər fəlsəfi təhlil edilib.

Bundan başqa, vəsaitdə elmi idrakın mədəniyyət və informasiya texnologiyaları sferaları ilə qarşılıqlı əlaqədə bir sıra məsələləri tədqiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: