Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix Muzeyinin arxeoloji kolleksiyasında yer alan Qarabağın daş dövrü abidələrinin tapıntıları şərh edilib
24.12.2021 11:14
  • A-
  • A
  • A+

Tarix Muzeyinin arxeoloji kolleksiyasında yer alan Qarabağın daş dövrü abidələrinin tapıntıları şərh edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadənin “Azərbaycan arxeologiyası” jurnalının növbəti nömrəsində “Qarabağın daş dövrü maddi-mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” adlı elmi məqaləsi işıq üzü görüb.

Məqalə muzeyin Qarabağın daş dövrü abidələrinin, o cümlədən maddi mədəniyyət nümunələrinin öyrənilməsi, qorunması, bərpası və sərgilənməsi işindəki roluna həsr olunub. Müəllif bu məqaləni ərsəyə gətirmək üçün əşyavi və sənədli mənbələrlə yanaşı, çoxsaylı elmi-tədqiqat əsərlərindən də bəhrələnib.

Məqalədə Muzeyin arxeoloji kolleksiyasında yer almış Azıx, Tağlar, Çalağantəpə, İsmayılbəytəpə və Fərmantəpə abidələrinin tapıntıları şərh edilib. Mövzunun xronoloji çərçivəsi isə Paleolitdən Xalkolitə (Eneolitə) və ya 1,5 milyon il bundan əvvəldən e.ə. IV minilliyin birinci yarısına qədər olan zaman kəsiyini əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: