Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb
24.12.2021 12:52
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudovun və elmi rəhbərləri institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin, Bakı Mühəndislik Universitetinin “Kimya mühəndisliyi” kafedrasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayevin türkiyəli həmkarları ilə birgə apardıqları müştərək tədqiqatların nəticələri impakt faktoru 5.165 olan Q1 kateqoriyalı “Web of Science” bazasına daxil olan “Arabian Journal of Chemistry” adlı nüfuzlu xarici jurnalda dərc edilib.

Məqalə zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə sintez olunan N-benzil-, N-allilanilin, yeni törəmələrinin canlı orqanizmdə asetilxolineseraza (AChE), butirilxolinesteraza (BChE) enzim, Karbon Anhidraz I və II (CA I, II) izoenzimlər üzrə yüksək inhibitor təsirlərindən bəhs edir. Aparılan çoxsaylı analizlər, o cümlədən “Molekulyar doking” tədqiqatları nəticəsində məlum olub ki, gələcəkdə bu inhibitorların ayrı-ayrı funksional qrupa malik nümayəndələri epilepsiya, şəkərli diabet, onikibarmaq bağırsaq və mədə xoraları, qlaukoma, Alzeymer və nevroloji xəstəliklərə qarşı potensial dərman maddələri kimi istifadə oluna bilər.

Qeyd edək ki, doktorant İbadulla Mahmudov 2021-ci ilin oktyabr ayından kimyanın sintez və kataliz sahəsində Avropanın qabaqcıl universitetlərindən biri olan Portuqaliyanın Lissabon Universitetində üç aylıq təcrübə keçməyə göndərilib. İ.Mahmudov hazırda tədqiqatlarını orada davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: