Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri “İlin fəalı” seçilib
28.12.2021 16:24
  • A-
  • A
  • A+

AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri “İlin fəalı” seçilib

AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanova “Azərbaycan Mədəniyyəti” sosial platforması çərçivəsində ictimai-siyasi fəaliyyətinə görə “İlin fəalı” nominasiyası üzrə Fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, beş ildir ki fəaliyyət göstərən “Azərbaycan Mədəniyyəti” sosial platformasının əsas məqsədi Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin, soykökümüzün təbliğ edilməsi və sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdırılması ilə yanaşı, gənc nəsillərə milli ruh, vətənpərvərlik hisslərinin aşılanmasıdır. Platforma, həmçinin sosial şəbəkələrdə şagird və tələbələri Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, imkanları haqqında maarifləndirməyi də hədəfləyir.

Qeyd edək ki, bu mükafat öz ixtisası üzrə məhsuldar fəaliyyəti ilə seçilən şəxslərə təqdim olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: