Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb
29.12.2021 15:02
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Vaqif Abbasov, Leylüfər Əliyeva, Lalə Əfəndiyeva, Yeganə Ağazadə, Almaz Tağıyeva, Nigar Rzayeva və Nizami Mürsəlov tərəfindən yazılmış “Azotlu üzvi birləşmələr kimyası” adlı monoqrafiya “Elm” nəşriyyatında çapdan çıxıb.

Vəsaitdə azotlu üzvi birləşmələr kimyasına aid əsas terminlər və konsepsiyalar hər bir bölmə üzrə ayrı-ayrılıqda verilib. Eyni zamanda azotlu üzvi birləşmələr kimyasının əsas istiqamətləri barədə ümumi məlumat, bəzi əsas reaksiyaların mexanizmləri və reaksiya nümunələri də təqdim edilib.

Təqdim olunmuş kitab 2314.01 – “Neft kimyası”, 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi”, 3321.01 – “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisasları üzrə doktoranturaya qəbul imtahanları, minimum imtahanları verən doktorant, dissertantlar və magistrantlar da daxil olmaqla neft-kimya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: