Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk dünyası coğrafiyası və etnosu” kitabının rus dilində ikinci cildi işıq üzü görüb
06.01.2022 15:25
  • A-
  • A
  • A+

“Türk dünyası coğrafiyası və etnosu” kitabının rus dilində ikinci cildi işıq üzü görüb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyası coğrafiyası və etnosu” kitabının rus dilində ikinci cildi çapdan çıxıb.

Kitabın elmi redaktoru institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, buraxılışına məsul şəxs isə müəssisənin şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmranidir.

Fundamental əsərin “İqtisadi və sosial coğrafiya” adlanan ikinci cildi müstəqil türk dövlətləri və milli qurumlara həsr olunub. Məlum olduğu kimi, əsərin birinci cildi türk dünyası və qurumlarının fiziki coğrafi xüsusiyyətlərinə həsr edilmişdi. İkinci cilddə isə türk dünyasının 6 müstəqil dövlətinin və 11 milli qurumunun bütün iqtisadi-coğrafi və sosial vəziyyəti tədqiq və təhlil edilir.

Təqribən 11 milyon km. ərazinin, 200 milyon nəfərə qədər əhalinin geosiyasi məkanda yeri, iqtisadi-coğrafi mövqeyi araşdırılır, Qədim İpək Yolunun bərpasında bu ölkələrin rolu və iştirakı ətraflı təhlil olunur

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: