Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın coğrafi fikir tarixi” adlı kitab çapdan çıxıb
07.01.2022 14:25
  • A-
  • A
  • A+

“Azərbaycanın coğrafi fikir tarixi” adlı kitab çapdan çıxıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyevin “Azərbaycanın coğrafi fikir tarixi” adlı kitabı nəşr edilib.

Vəsaitin baş redaktoru institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovdur.

Müəllif əsərində Azərbaycan haqqında tarixi-coğrafi fikirlərin qısa icmalını, ölkəmizdə ekoloji landşaftı tədqiqatlarının dinamikası və yeni tədqiqat metodlarının tətbiqi, landşaft ehtiyatları, landşaft tədqiqatlarında geofiziki metodlardan istifadənin elmi təcrübi əsasları və onların səmərəli istifadəsinin ekoloji aspektlərini geniş əks etdirib. Kitabda toplanan elmi-kütləvi məqalələrdə Azərbaycanda coğrafiya elminin inkişafında böyük rol oynamış coğrafiyaşünas Hacı Zeynalabdin Şirvaninin, akademiklər Həsən Əliyevin, Budaq Budaqovun, Ramiz Məmmədovun, professor Əliabbas Mədətzadənin və digərlərinin elmi irsi araşdırılıb.

Sözügedən  nəşr tədqiqatçı alimlər, tələbələr və geniş elmi ictimaiyyət üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: