Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsində aktual olan nəticələr əldə edilib
07.01.2022 15:09
  • A-
  • A
  • A+

Ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsində aktual olan nəticələr əldə edilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının əməkdaşları dosent Aygün Nəsibova və professor Rövşən Xəlilovun həmmüəllifi olduqları Müxtəlif ərazilərdən olan bioloji sistemlərdə endogen paramaqnit mərkəzlərin öyrənilməsiadlı məqalə “Scopus” elmmetrik bazasına daxil olan (IF: 1.176) “Magnetic Resonance Part B, Magnetic Resonance Engineering” jurnalında dərc olunub.

Məqalədə Abşeron yarımadasının müxtəlif bioloji sistemlərində biominerallaşma hadisəsi nəticəsində nanofazalı dəmir oksidi maqnit hissəciklərinin yaranması və bu hadisəyə stress amillərinin təsiri müzakirə olunub.

Qeyd edək ki, alınan nəticələr ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi və biotibbdə tətbiqi perspektivləri baxımından yüksək aktuallığa malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: