Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarixçi alim beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
12.01.2022 12:48
  • A-
  • A
  • A+

Tarixçi alim beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva ABŞ-ın Nyu-York şəhərində nəşr olunan “Beynəlxalq Arxeologiya Jurnalı”nın (International Journal of Archaeology) redaksiya heyətinə üzv seçilib.

İmpakt faktorlu elmi nəşrlər siyahısına daxil olan jurnal 14 elmi baza üzrə indeksə malikdir. Nəşrdə dünyanın müxtəlif ölkələrində arxeoloji tədqiqatlar zamanı aşkar olunan yeni, nəzəri məlumatlarla zəngin elmi məqalələr, arxeologiyanın müxtəlif istiqamətləri həyata keçirilən araşdırmaların nəticələri dərc olunur.

Qeyd edək ki, ABŞ, Argentina, Bolqarıstan, Türkiyə, Çin, İspaniya, İtaliya, Almaniya və başqa ölkələrdən mütəxəssislərin yer aldığı heyətdə həmyerlimiz Azərbaycanı təmsil edən yeganə nümayəndədir. Heyət üzvləri 2 il müddətinə seçilir, yeni heyətin fəaliyyəti 2024-cü ilədək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: