Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap olunub
12.01.2022 17:23
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları A.Heydərov, G.Alişanlı və Z.Cabbarovanın impakt faktorlu “Russian Metallurgy (Metally)” jurnalında “Kinetic laws of the removal of silica from an alkaline solution of sodium aluminate” adlı məqaləsi dərc olunub.

Alüminium tərkibli xammaldan (boksit, alunit) alüminium oksidini istehsal edərkən, natrium alüminat məhlullarında silisiumun qatılığını müəyyən səviyyədə saxlamaq vacibdir. Laylı binar hidroksidlərdən olan sulfatlı hidrokalumit (AFm-SO4) yüksək silisiumsuzlaşdırma qabiliyyətinə malik adsorbentlərdən sayılır. Tədqiqatlar zamanı silisiumsuzlaşmaya təsir edən əsas amillərin zaman, temperatur, vaxt, silisiumun ilkin qatılığı və hidrokalumitin sərfiyyatının olduğu müəyyənləşib. Adsorbent laboratoriya şəraitində sintez edilib, individuallığı rentgen faza və SEM/EDS analizləri vasitəsiylə təsdiqlənib. Müəyyən edilib ki, silisiumsuzlaşdırma reaksiyası birtərtibli olub, aktivləşmə enerjisinin qiyməti 333-363 K temperaturda 74.36 kC/moldur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: