Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Astronomlar ilk dəfə dəyirmi formada olmayan ekzoplanet aşkar ediblər
13.01.2022 14:40
  • A-
  • A
  • A+

Astronomlar ilk dəfə dəyirmi formada olmayan ekzoplanet aşkar ediblər

Avropa kosmik teleskopu Cheops-un müşahidələri göstərib ki, WASP-103b qaynar yupiteri öz ulduzunun qabarma gücü səbəbindən olduqca böyük təsirə məruz qalır. Bu isə onun formasının sferik deyil, uzunsov olmasına gətirib çıxarır.

“Astronomy & Astrophysics” jurnalında dərc edilmiş məqalədə alimlər bildirirlər ki, bu formasını dəyişdirilmiş ekzoplanetin mövcudluğunun ilk təsdiqidir. Sözügedən tədqiqat işi barədə, həmçinin Avropa Kosmik Agentliyinin (ESA) press-relizində məlumat verilir.

Günəşəbənzər WASP-103 ulduzu təxminən yarım min işıq ilində, Herkules bürcündə yerləşib. 2014-cü ildə isə onda WASP-103b ekzoplanetini aşkar ediblər. Bu öz ulduzuna olduqca yaxın fırlanan və tam dövrünü 22 saat ərzində tamamlayan “qaynar yupiter” - qaz nəhəngidir. Onun səthində temperatur 2500 kelvindən (2200 dərəcədən çox Selsi) yuxarı qalxır.

naked-science.ru

  • Paylaş: