Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elmi əsərlər” jurnalının  yeni sayı nəşr olunub
13.01.2022 17:16
  • A-
  • A
  • A+

“Elmi əsərlər” jurnalının yeni sayı nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının 2021-ci il üzrə sonuncu sayı çapdan çıxıb.

Jurnalın il ərzində iki seriya üzrə dörd nömrəsi dərc olunur. Təbiət və texniki elmlər seriyasına aid olan dördüncü sayda bir sıra elm və təhsil müəssisələri əməkdaşlarının kimya, biologiya, fizika, astronomiya və coğrafiya elm sahələrində apardıqları tədqiqatların nəticələri əksini tapıb.

Yeni nömrədə “Nehrəm dolomitindən bir sıra məhsulların alınması”, “Ordubad rayonu ərazisindəki bulaq və kəhriz sularının keyfiyyət göstəriciləri”, “Neft fraksiyalarının sulfollaşması reaksiyasından alınan tullantıların istifadəsi”, “Naxçıvan Muxtar Respublikası şəraitində arpa bitkisi sortlarının quraqlığa davamlılığının qiymətləndirilməsi”, “Azərbaycan sərhədləri daxilində orta Kür çayı və onun bəzi qollarının hidrokimyəvi rejimi və makrozoobentosu”, “Üfüqi və şaquli külək enerji qurğularının çarxlarında enerji itkiləri”, “Yerətrafı fəzada günəş küləyinin parametrləri”, “Şüalanmanı xarakterizə edən energetik kəmiyyətlər” və başqa mühüm məsələləri əhatə edən elmi məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: