Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

"Omikron" ştammına qarşı burun spreyi hazırlanıb
14.01.2022 10:18
  • A-
  • A
  • A+

"Omikron" ştammına qarşı burun spreyi hazırlanıb

Yeni burun spreyi yüksək risk qrupuna daxil olan xəstələrdə immuniteti qısa müddətə COVID-19-a qarşı  möhkəmləndirə bilər.

Finlandiyanın Helsinki Universitetinin alimləri tərəfindən hazırlanan sprey laboratoriya tədqiqatlarında səkkiz saata qədər koronavirus infeksiyasının qarşısını alıb.

Tədqiqatçılar qeyd ediblər ki, burun spreyi immuniteti zəif olan xəstələr və COVID-19-a qarşı ciddi zəifliyi olan digər insanlar tərəfindən istifadə üçün nəzərdə tutulub.

Spreyin "Omikron"a qarşı daha az təsirli olan məşhur monoklonal antikor müalicələrindən fərqli olaraq, burunda virusu zərərsizləşdirdiyi və bütün variantlara qarşı effektiv olduğu bildirilib.

Bununla belə, burun spreyi müalicəsi peyvəndləməni əvəz edə bilməsə də, əlavə immunitet qorunmasına ehtiyacı olanlar üçün faydalı ola bilər.

aztibb.az

  • Paylaş: