Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili” kitabı yenidən çap olunub
14.01.2022 14:02
  • A-
  • A
  • A+

“Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili” kitabı yenidən çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, filologiya elmlər doktoru, professor Qəzənfər Kazımovun “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili” (“Dağılan tifaq”pyesi əsasında) kitabı çapdan çıxıb.

Kitab Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi münasibətilə təkrar nəşr edilib.

Monoqrafiyanın elmi redaktoru Əbdüləzəl Dəmirçizadə, rəyçilər filologiya elmləri doktoru, professor Zeynal Tağızadə və dosent İsmayıl Əfəndiyevdir.

Kitab Əbdürrəhim bəy Haqverdiyevin dram dilinin tədqiqinə həsr olunub. Əsərin əvvəllərində ilk dəfə olaraq yazıçının dil məsələlərinə münasibəti, “Dağılan tifaq” pyesinin dil materialı əsasında dramaturqun xalq dilindən istifadə ustalığı, əsərin leksik, frazeoloji və qrammatik-üslubi xüsusiyyətləri öyrənilib. Sonda pyesin lüğəti verilib, sözlərin mənşəyi və işlənmə kəmiyyəti göstərilib.

Monoqrafiyada yazıçının pyeslə bağlı elmi təhlilləri “Ə.Haqverdiyev və ədəbi dilimiz”, “Yazıçı duyğusu, dilçi əməliyyatı”, “Leksik və üslubi-semantik xüsusiyyətlər”, “Dram dilinin frazeologiyası” və “Üslubi-qrammatik xüsusiyyətlər” adlı fəsillərdə öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: