Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Qəzənfər Kazımovun “Ədəbiyyatda komizm” adlı kitabı çap olunub
14.01.2022 16:31
  • A-
  • A
  • A+

Professor Qəzənfər Kazımovun “Ədəbiyyatda komizm” adlı kitabı çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun “Ədəbiyyatda komizm” adlı kitabı təkrar nəşr edilib.

Nəşrin elmi redaktorları mərhum akademik Tofiq Hacıyev və mərhum professor Yusif Seyidov, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru A.Şəfiyevdir.

Müəllifin bu kitabında T.Şahbazi, B.Talıblı, Mir Cəlal və S.Rəhmanın 1920-30-cu illər nəşr dili materialları əsasında Azərbaycan dilinin gülüş yaratma imkanları nəzərdən keçirilib, sözün komik potensialı öyrənilib. Əsərdə xüsusi adlar və ləqəblərin, şivə leksikasının, vulqar söz və ifadələrin, alınma və arxaik sözlərin, neologizmlərin, trop növlərinin, atalar sözləri və məsələlərin, aforizm və şablonların komik təbiəti, komizm yaratma imkanları şərh edilib.

Kitabda qeyd edilən dövrün satirik nəşr materialları əsasında filologiyamızda ilk dəfə kominizmin ezopçuluq, əksinə söyləmə (kinayə), deformasiya, gözlənilməzlik, anlaşılmazlıq, uyğunsuzluq və anaxronizmlərlə ifşa üsulları sistemli şəkildə araşdırılıb, əvvəlki nəşr dili materiallarına da diqqət yetirilib. Çapa hazırlanarkən əsər üzərində yenidən işlənilib və bir sıra əlavələr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: