Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı ARB 24 kanalına müsahibə verib
17.01.2022 16:56
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı ARB 24 kanalına müsahibə verib

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Kompozisiya örtük materialları və korroziyadan mühafizə laboratoriyasının müdiri, k.ü.f.d., dosent Hilal Tahirli ARB 24 kanalının “İş saatı” proqramında işğaldan azad olunmuş ərazilərdə olan su anbarlarındakı Hidrotexniki qurğuların metal avadanlıqlarının istismar şəraitində karroziya davamlılığının monitorinqinin aparılmasının vacibliyi haqqında müsahibə verib.

O bildirib ki, bu hidrotexniki qurğular xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb etsə də, eyni zamanda onlar potensial böyük təhlükə mənbələridir. Bəzi təbiət hadisələrini (daşqınlar, zəlzələlər, yersürüşmələri, aşınmalar və s.) istisna etmək şərti ilə qalan fövqəladə hallar, texnogen səbəblər həmçinin, korroziya nəticəsində baş verə bilər.

Alimin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bu monitorinqlər məlum səbəblərə görə uzun illər aparılmayıb. Qeyd edib ki, məhz buna görə də elmi texniki tədqiqatların bu ərazilərdə aparılması vacibdir. Bu məqsədlə yüksək elmtutumlu avadanlıqların, cihazların (sualtı robotların, ultrasəs qalınlıq ölçənlərin, ultrasəs defektoskopların və s.) əldə edilməsi zəruridir.

Sonda Hilal Tahirli sözügedən tədqiqatların aparılmasının 2023-2025-ci illərə planlaşdırıldığını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: