Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 17:52
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Biofizika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AMEA-nın Biofizika İnstitutunun Yeni Azərbaycan Partiyası (YAP) özək təşkilatının və Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının mühəndisi Aytac Məmmədova məruzə ilə çıxış edərək 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələr haqqında ətraflı məlumat verib. Gənc alim bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının tarixinin ən faciəli, qaranlıq, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir.  

Daha sonra institutun icraçı direktoru, b.ü.e.d. Kərim Qasımov, baş meneceri, t.ü.f.d. Azad Əbdürəhimov və Ekoloji biofizika laboratoriyasının rəhbəri, b.e.d., prof. Tokay Hüseynov çıxış edərək faciə ilə bağlı xatirələrini bölüşüblər.

Sonda 20 Yanvar faciəsinə həsr edilən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: