Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20 Yanvar - Qəhrəmanlıq salnaməsinin 32-ci səhifəsi
19.01.2022 18:04
  • A-
  • A
  • A+

20 Yanvar - Qəhrəmanlıq salnaməsinin 32-ci səhifəsi

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmaqla yanaşı, xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzidir.

Sonra institutun Mühit amilləri və analizatorların formalaşması laboratoriyasının müdiri, b.ü.f.d. Afiq Qazıyev, Bioloji fəal maddələrin farmakologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Xanağa Babayev, Hüceyrənin morfofunksioal plastikliyi laboratoriyasının müdiri, b.e.d., professor Fəxrəddin Əskərov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Bağırova çıxış edərək 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilən qəddar cinayətin arxasında duran səbəblərdən, şahidi olduqları hadisələrdən, xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: