Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

6-cı siniflər üçün "Coğrafiya" dərsliyi çapdan çıxıb
21.01.2022 10:28
  • A-
  • A
  • A+

6-cı siniflər üçün "Coğrafiya" dərsliyi çapdan çıxıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, şöbə müdiri, dosent Zaur İmrani və başqalarının həmmüəllifliyi ilə  ümumtəhsil məktəblərinin 6-ci sinfi üçün “Coğrafiya” dərsliyi nəşr olunub.

Dərslik 10 hissədən ibarət olub, coğrafi biliklərin inkişaf tarixi, Yer səthinin təsviri, coğrafiya xəritələri, günəş sisteminin quruluşu və Yer planeti, litosfer, atmosfer, biosfer, hidrosfer, dünya ölkələri və xalqların yerləşməsi və təsərrüfat sahələrinin fəaliyyəti, təbiətin qorunması kimi bölmələri əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: