Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Nailə Vəlixanlının yeni kitabı çapdan çıxıb
21.01.2022 12:46
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının yeni kitabı çapdan çıxıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının “Zəngəzur - ərəblərdən monqollaradək” adlı yeni kitabı işıq üzü görüb.

Müxtəlif dilli mənbələrin və müvafiq elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış bu kitab tarixi Azərbaycan ərazisinin bir hissəsi olan, XIV yüzildən Zəngəzur adlandırılan bölgənin ərəb və monqol işğalları arasındakı altı əsrlik dövrünün tədqiqinə həsr edilib. Tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər dövrü tarixinə dair, xüsusilə, erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddialar, yanlış mülahizə və fikirlər təkzib olunub, həmin dövrdə Qafqaz Albaniyasının vilayətlərindən olan, Zəngəzur bölgəsinin böyük hissəsini əhatə edən Sünikin (Sisəcan, Sisakan) siyasi tarixi, əhalisinin dili və dini, eləcə də bölgədaxili və xarici münasibətlərlə bağlı məsələ və problemlər araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: