Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Çayçılıqla bağlı kitab nəşr olunub
21.01.2022 15:12
  • A-
  • A
  • A+

Çayçılıqla bağlı kitab nəşr olunub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev, fəlsəfə doktorları Xalıqverdi Babayev və Natiq Mirzəyevin həmmüəllifliyi ilə “Çay bitkisinin qidalanması və məhsuldarlığı” mövzusunda monoqrafiyası işıq üzü görüb.

348 səhifəlik kitabda mi­ne­ral və üz­vi güb­rə­lər haq­qın­da ümu­mi mə­lu­mat, xü­su­si­lə çay plan­ta­si­ya­la­rın­da tət­biq olu­nan mi­ne­ral, üz­vi güb­rə­lə­rin ve­ge­ta­si­ya müd­də­tin­də də­yiş­kən və ya bir­lik­də ve­ril­mə­si­nin bit­ki­yə təsiri, sə­mə­rə­li­li­yi­nin yük­səlt­mək yol­la­rı, do­za­la­rı­nın op­ti­mal­laş­dı­rıl­ma­sı me­tod­la­rı, güb­rə­lə­rin tərkibin­də­ki qi­da mad­də­lə­ri­nə gö­rə on­la­rın şər­ti va­hid­lər­lə və fi­zi­ki çə­ki­yə gö­rə he­sab­lan­ma­sı və s. həl­li va­cib mə­sə­lə­lə­rə həsr edil­ib.

Çayçılıq haqqında Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə töhfə olan mo­noq­ra­fi­ya­da, həm­çi­nin ər­zaq təh­lü­kə­siz­li­yi­nin təmina­tın­da və çay­çı­lı­ğın in­ki­şa­fın­da sa­hib­kar­lı­ğın ro­lu, ya­şıl çay is­teh­sa­lın­da ma­ya də­yə­ri­nin aşa­ğı sa­lın­ma­sı və çay­çı­lıq­da iq­ti­sa­di sə­mə­rə­li­li­yin yüksəldilməsi yolla­rı gös­tə­ril­ib, çay plan­ta­si­ya­la­rın­da su­var­ma re­ji­mi­nin müəyyən edil­mə­si, mik­ro­iq­lim şə­rai­ti, çay bit­ki­si­nin fi­zio­lo­ji və məh­sul­dar­lıq gös­tə­ri­ci­lə­ri­nə da­ir ma­te­ri­al­lar öz ək­si­ni tap­ıb.

Kitabın elmi redaktoru Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevdir

Vəsait ali təh­sil mü­əs­si­sə­lə­ri­nin “Aq­ro­nom­luq”, “Torpaqşünaslıq”,“Aqro­kim­ya” və di­gər ix­ti­sas­la­rın­da təh­sil alan tə­lə­bə­lər, ma­gist­rant­lar, dok­to­rant­lar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: