Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Türkiyədə 600 min il əvvələ aid insan məskəninin izləri aşkarlanıb
25.01.2022 11:13
  • A-
  • A
  • A+

Türkiyədə 600 min il əvvələ aid insan məskəninin izləri aşkarlanıb

Türkiyəli arxeoloqlar İstanbuldakı Yarımburqaz mağarasında 600 min il əvvələ aid insan məskəninin izlərini aşkar ediblər.

“Bu, mağaranın 1985-1986-cı illərdə tərtib edilmiş xəritəsində yer almayıb. Mağaradakı insan ayaqlarının izləri eramızdan əvvəl 600 min il əvvələ aiddir. Biz burada insan qalıqlarını tapa bilmədik, lakin onların düzəltdiyi alətlər tapdıq”, - deyə arxeoloqlardan biri Metin Alburek bildirib.

Yarımburqaz 19-cu əsrdən, avstriyalı Karl Eduard Hammerşmidtin burada ilk geoloji tədqiqatları aparan şəxs olduğu vaxtdan tədqiqatçıların marağına səbəb olub. 20-ci əsrdə mağarada Türkiyə Milli Coğrafiya Cəmiyyəti tərəfindən maliyyələşdirilən arxeoloji işlər aparılıb.

Oxu.az

  • Paylaş: