Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Gövhər Baxşəliyeva: “Gəlin, AMEA-dakı vəziyyəti öz gözünüzlə görün”
27.01.2022 16:48
  • A-
  • A
  • A+

Akademik Gövhər Baxşəliyeva: “Gəlin, AMEA-dakı vəziyyəti öz gözünüzlə görün”

Akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edəcək. AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərara əsasən, İctimai Elmlər Bölməsinə rəhbərlik də akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Yeni təyinat barədə danışan Gövhər Baxşəliyeva AMEA ətrafında qərəzli məlumatların yayıldığını deyib. O bildirib ki, kimlərsə qəsdən Akademiya haqqında mənfi fikirlər yaradır.

“AMEA öz fəaliyyətini gücləndirir. Kim AMEA haqqında mənfi fikirlər yaradır, onların burada gedən böyük işlər barədə ya xəbərləri yoxdur, ya da bilərəkdən qərəzli şəkildə təhdid edirlər. Mən jurnalistləri dəvət edirəm ki, gəlib akademiyada görülən işlərlə yaxından tanış olsunlar, vəziyyəti öz gözləri ilə görsünlər. Sonra gördüklərini işıqlandırsınlar. Elmsiz xalq Afrika qəbilələrinin səviyəsinə düşür. Elm akademiyada inkişaf edir, yetərli qədər nailiyyətlərə imza atılıb. Bundan sonra da uğurlar davam edəcək. Təəssüf edirəm ki, kimlərsə məqsədyönlü şəkildə AMEA haqqında mənfi rəy yaradır”,-deyə akademik vurğulayıb.

modern.az

  • Paylaş: