Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Döyüşçünün zirehli hərb geyimi” adlı yeni nağıl kitabı nəşr olunacaq
28.01.2022 09:44
  • A-
  • A
  • A+

“Döyüşçünün zirehli hərb geyimi” adlı yeni nağıl kitabı nəşr olunacaq

AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin müəllifi olduğu “Döyüşçünün zirehli hərb geyimi” adlı nağıl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ildə buraxılacaq nəşrlərin siyahısına daxil edilib.

Sözügedən nağıl 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində “Döyüşçünün zirehli hərb geyimi” eksponatına həsr olunmuş “Ən yaxşı hekayə” kateqoriyası üzrə qalib gəlmiş əsərlərdən biri olub.

Qeyd edək ki, Vüqar Haqverdiyev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, müəllifi olduğu analitik məqalələrə, uşaq nağıllarına və cizgi film ssenarilərinə görə dəfələrlə nüfuzlu jurnalist, ədəbiyyat və ssenari müsabiqələrində yüksək yerlərə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: