Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Beynəlxalq müəlliflər heyətinin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub
31.01.2022 15:46
  • A-
  • A
  • A+

Beynəlxalq müəlliflər heyətinin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub

Azərbaycanlı alim Milli Nüvə Təqiqatları Mərkəzinin, eyni zamanda Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna şəhəri) böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Elmar Əsgərovun rumın, portuqal, ukraynalı həmkarları ilə həmmüəllif olduğu “İttriumla stabilləşdirilmiş ZrO2 nanozərrəciklərində  suyun adsorbsiya edilməsi ilə geri dönə bilən sürətli (martensitic) faza keçidi” məqaləsi yüksək impakt faktorlu “Nanomateriallar” (“Nanomaterials”) jurnalında işıq üzü görüb.

Faza keçidləri və alternativ enerjilər sahəsində mühüm önəm daşıyan tədqiqatın məqsədi su molekullarının adsorbsiyası nəticəsində yaranan mexaniki gərginliyin ZrO2 + 3 mol% Y2O3- nanohissəciklərində kristal fazanın tərkibinə təsirini aşkar etməkdən ibarətdir. Yəni, konkret olaraq desorbsiya və adsorbsiya prosesində ikinci növ faza keçidinin olma ehtimalını dəqiqləşdirməkdir. Faza keçidini təyin etmək üçün üç əsas səpilmə üsulundan (Neytron, X-ray və Raman) istifadə olunub.

Normal fiziki şəraitdə geri dönən faza-struktur α β çevrilməsi (tetraqonal sinqoniyanın nanoölçülü hissəciklərdə (9 nm) monoklinik sinqoniyaya keçidi) eyni vaxtda olması faktı müşahidə edilib. Nanohissəciklərin həddindən artıq qeyri-bərabər səthinin çevrilməsinin fiziki mexanizminin səthə yaxın hissəsində, adsorbsiya təbəqəsində elektron mübadiləsi ilə donor-akseptor qarşılıqlı təsiri əlaqəsi fərziyyəsi irəli sürülüb. Nəzərdən keçirilən effektin xarakterinə görə nanoölçülü YSZ (İttriumla-stabilləşdirilmiş Zirkonium) sistemləri əsasında birbaşa fəaliyyət göstərən hidroelektrik çeviricilərin yaradılmasının prinsipial mümkünlüyü göstərilib. Müəllifin fikirincə, tədqiqatın nəticəsi tam olmasa da, qismən keçidin mexanizmi verilməsinə baxmayaraq, belə şəraitdə ikinci növ faza keçidlərinin mümkünlüyü Qinizburqun müasir fizikanın aktual problemlərindən olan faza keçidlərinin tam nəzəriyyəsinin qurulmasına töhfə verə bilər .

Qeyd edək ki, “Nanomateriallar” (“Nanomaterials”) jurnalı “Scopus”, “Web of Science”, “PubMed”, “PMC”, “CAPlus/SciFinder”, “Inspec” və bir çox digər yüksək impakt faktorlu bazalarda indeksləşir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: