Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Lətif İmanovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.02.2022 15:31
  • A-
  • A
  • A+

Akademik Lətif İmanovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

2022-ci ilin sentyabr-oktyabr aylarında Şuşa Bakı şəhərlərində AMEA-nın Fizika İnstitutunun təşkilatçılığı ilə akademik Lətif İmanovun 100 illik yubileyinə həsr olunmuş “Molekulyar spektroskopiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan və ingilis dillərində təşkil olunacaq konfransda iştirak etmək istəyənlər fizika sahəsində elmi məqalələrini “AJP Fizika” jurnalının e-mailinə (jophphysics@gmail.com) göndərə bilərlər.

Təqdim olunan bütün işlər sözügedən jurnalın xüsusi buraxılışında dərc ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: