Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.02.2022 16:12
  • A-
  • A
  • A+

MEK-ə müqayisəli dilçilik üzrə kitablar daxil olub

MEK-ə müqayisəli dilçilik üzrə kitablar daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Slavyan Universitetinin ümumi və rus dilçiliyi kafedrasının mərhum professoru Aslan Məmmədlinin kitabları alimin ailə üzvləri tərəfindən təqdim olunub.

Respublikamızda ümumi və müqayisəli dilçilik, rusistika və tərcüməşünaslıq sahələrində gənc tədqiqatçıların ən çox istinad etdikləri alimlərdən olan A.Məmmədlinin 1996-cı ildə müdafiə etdiyi “Сопоставительный анализ русской и азербайджанской фразеологии” doktorluq dissertasiyası ən yeni dövr Azərbaycan dilçiliyinə ciddi töhfələr verib. Nəşrdə müəllifin müqayisəli dilçilik sahəsində tədqiqat və çıxışları, dərin elmi araşdırmaları öz əksini tapıb. Əsərdə rus dilində rast gəlinən İncil frazeologiyalarının təhlili  xüsusi maraq doğurur.

“Разговоры с Пушкиным” adlı topluda isə A.S.Puşkin yaradıcılığında Şərq, Avropa-Asiya və Qafqaz mövzuları haqqında müəllifin müxtəlif illərdə yazdığı məqalələr yer alır.

Qeyd edək  ki,  rus, ingilis, fransız, alman və ivrit dillərini mükəmməl bilən mərhum professor Aslan Məmmədli MEK-in Nadir kitab fondunda mühafizə olunan ən qədim latın dilində kitabların annotasiyalarının Azərbaycan dilində yazılmasına könüllü olaraq köməklik göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: