Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Coğrafiya İnstitutunun 70 illiyinə hazırlıqla əlaqədar yığıncaq keçirilib
05.05.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun 70 illiyinə hazırlıqla əlaqədar yığıncaq keçirilib

AMEA Coğrafiya İnstitutunda bu elm müəssisəsinin 70 illiyinə hazırlıqla əlaqədar yığıncaq keçirilib.

İclasa sədrlik edən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bu elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədovun təklifi ilə yubiley ilə əlaqədar tədbirlər planına salınmış səyyar elmi səfər barədə məlumat verib. Bildirilib ki, təbliğat-təşviqat xarakteri daşıyan bu tədbiri keçirməkdə əsas məqsəd Coğrafiya İnstitutunun 70 illik fəaliyyəti dövründə qazanılmış nailiyyətləri ictimaiyyətə çatdırmaq, coğrafiyanın əhatə etdiyi tədqiqat sahələri ilə bağlı məlumat vermək, coğrafiya elminə olan marağı artırmaqdır.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev bildirib ki, iyunun ortalarında nəzərdə tutulan və iki gün davam edəcək səfər Bakı-Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə aparılacaqdır. Elmi xarakter daşıyan səfər çərçivəsində alimlərimiz yerli hakimiyyət orqanlarında, ayrı-ayrı təsərrüfat sahələrinin kollektivləri ilə görüşlər keçirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: