Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2022 17:42
  • A-
  • A
  • A+

Şuşa şəhərinin arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyasına həsr olunan konfrans keçirilib

Şuşa şəhərinin arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyasına həsr olunan konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Şuşa-270: Arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyası” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir Tarix İnstitutu və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə ölkə başçısının Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq baş tutub.

Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e, akademik Gövhər Baxşəliyeva Şuşa şəhərinin tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu qeyd edib. Bildirib ki, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan Şuşa şəhərinin tarixi görkəminin bərpası, ənənəvi mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri hazırda sürətlə davam etdirilir.

Sonra Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri tarixi-mədəni əhəmiyyətə və xalqımız üçün mühüm mənəvi dəyərə malikdir. Vurğulanıb ki, Şuşa şəhəri uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz olub.

Konfrans öz işini tarix, arxeologiya, etnoqrafiya və antropologiya bölmələrində davam etdirib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, onun tarixi, arxeologiyası, 44 günlük Vətən müharibəsində qazandığımız zəfər və digər mövzularda məruzələr dinlənilib.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan tarix elmləri doktorları - Əsədulla Cəfərov, Hidayət Cəfərov, İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktorları - Səfər Aşurov, Gülanə Əliyeva, Taleh Əliyev, Vəfa Mahmudova, Mikayıl Mustafayev, Akif Quliyev, Teymur Quliyev, Pərvin Ahənçi və elmi işçi Lola Hüseynova məruzələrlə çıxış ediblər.

Tarix İnstitutundan isə tarix elmləri doktorları - Tofiq Mustafazadə, Camal Mustafayev, İradə Bağırova, Vaqif Abışov, tarix üzrə fəlsəfə doktorları - Güntəkin Nəcəfli, Məhəmməd Səlmasizadə, Nigar Maksvell, Natiq Məmmədzadə, Bəxtiyar Həsənov, Raisa Cəfərova və Ədalət Mustafayevin çıxışları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: