Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məmməd Səid Ordubadi memuarı: “Həyatım və mühitim” adlı monoqrafiya çapdan çıxıb
14.03.2022 14:45
  • A-
  • A
  • A+

“Məmməd Səid Ordubadi memuarı: “Həyatım və mühitim” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovanın müəllifi olduğu “Məmməd Səid Ordubadi memuarı: “Həyatım və mühitim” adlı monoqrafiya çapdan çıxıb.

Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” memuarı əsasında yazıçının həyat və fəaliyyəti incələnmiş, əsərin əlyazma və nəşr variantları müqayisə edilərək nüsxə fərqləri göstərilib, dövrün ictimai-siyasi, tarixi vəziyyəti təhlil edilib, sözügedən memuarın yazıçının romanları ilə əlaqəsi, eləcə də əsərin bir yazılı abidə kimi dili və bədii ifadə xüsusiyyətləri nəzərə çatdırılıb.

Qeyd edək ki, M.S.Ordubadinin 150 illik yubileyi münasibətilə nəşr olunan yeni monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçiləri filologiya elmləri doktoru, professor Tərlan Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: