Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Poetika.izm” elmi jurnalının növbəti sayı nəşr olunub
15.03.2022 14:14
  • A-
  • A
  • A+

“Poetika.izm” elmi jurnalının növbəti sayı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti (2021, № 2) sayı nəşr olunub.

“Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Bu nömrə akademik İsa Həbibbəylinin “Satira nəzəriyyəsinə yenidən baxış” məqaləsi ilə başlayır.

Jurnalın baş redaktor müavini filologiya elmləri doktoru, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

Nəşr ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.

Jurnalın bu sayı “İnterdissiplinar və multidissiplinar əlaqə”, “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktur, forma”, “Etnopoetika”, “Tarixi poetika”, “İZM”, “Tərcümə”, “Resenziya”, “Yubiley” bölmələrindən ibarətdir.

Qeyd edək ki, Jurnal Ədəbiyyat İnstitutunun Elmi şurasının 4 dekabr 2013-cü il tarixli qərarı ilə Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis olunub. “Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, Türkiyə, İtaliya, Latviya, Yaponiya, Polşa, Bosniya və Herseqovinanın alimləri daxildir. Vəsait “ResearchGate”, “Open Academic Journals Index”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: