Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
28.03.2022 21:48
  • A-
  • A
  • A+

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 2022-ci ildə ikinci iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

Biologiya və tibb elm sahələri üzrə dissertasiya mövzularının təsdiqi üçün 18 iş (zoologiya üzrə 4, aqrar üzrə 3, fiziki-kimyəvi biologiya üzrə 11) müzakirəyə çıxarılıb.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 17 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, “Genetika” ixtisası üzrə 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: