Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer Elmləri üzrə Problem Şurasının iclası keçirilib
18.04.2022 11:35
  • A-
  • A
  • A+

Yer Elmləri üzrə Problem Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Yer Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclasda Problem şurasının üzvləri, fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İbrahim Quliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir respublikanın müxtəlif ali məktəblərindən daxil olmuş fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.

Sonra Problem şurasının elmi katibi Reyhan Qasımova 3 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar Problem şurası üzvlərinin suallarını cavablandırıblar.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: