ABŞ-ın Hyuston Universitetinin professoru, Texas İfratkeçiricilər Mərkəzinin direktoru Pol Çu AMEA Fizika İnstitutunda olub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşən amerikalı qonaq Hyuston Universiteti barədə ətraflı məlumat verib. Bildirib ki, görüşün məqsədi Fizika İnstitutunun fəaliyyət istiqamətləri, burada aparılan elmi tədqiqatlar barədə məlumat almaq və elmi əlaqələr yaratmaqdır.
Daha sonra P.Çu bu elmi müəssisənin İnnovasiya sektorunda fəaliyyət göstərən maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə yaxından tanış olub.
Görüşdə AR Xarici İşlər Nazirinin müavini, ADA-nın rektoru, professor Hafiz Paşayev, institutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, AMEA-nın müxbir üzvü Ənvər Nəhmədov, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov və başqaları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir