Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2022 16:58
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda müasir dövlətçiliyimizin banisi, Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünü əhatə edən və Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. İ.Mustafayev Ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu və daim əziz qalacağını vurğulayıb.

İslam Mustafayev qeyd edib ki, Azərbaycanın müstəqil dövlət quruculuğu və sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır.

İ.Mustafayev çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən danışıb və ərazi bütövlüyümüzün, müstəqilliyimizin hər bir vətəndaşın qürur mənbəyi olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qeyd edib ki, dahi Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb.

R.Mehdiyeva çıxışında Ulu öndər Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və çoxsahəli inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğu bildirib.

Sonda çıxış edən institut əməkdaşları fizika elmləri doktoru Bəxtiyar Nəcəfov və gənc alim Selcan Hacıyeva bütün mənalı ömrünü öz xalqının və vətəninin inkişafına sərf edən Ulu öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığını, həmçinin xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: