Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və karbohidrogen sistemləri” adlı kitab çapdan çıxıb
10.05.2022 17:00
  • A-
  • A
  • A+

“Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və karbohidrogen sistemləri” adlı kitab çapdan çıxıb

AMEA vitse-prezidenti, akademik İbrahim Quliyev və Akademiyanın Neft və Qaz İnstitutunun Neft-qaz geofizikası şöbəsinin müdiri, g.-m.e.d. Namaz Yusubovun həmmüəllifliyi ilə “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və karbohidrogen sistemləri” (“Грязевой вулканизм и углеводородные системы Южно-Каспийской впадины”) adlı kitab çapdan çıxıb.

Kitabda Cənubi Xəzər, ona bitişik Aşağı Kür və Qobustan-Abşeron çökəkliklərində palçıq vulkanizminin yaranma mexanizmi haqqında yeni fikir əsaslandırılıb. Adları çəkilən neftli-qazlı çökəkliklərdə istismarda olan yataqların yaranmasında palçıq vulkanizminin əsas rol oynaması haqqında irəli sürülən iddia real geoloji-seysmik məlumatların interpretasiyası əsasında müdafiə edilir.

Vəsait neft-qaz geologiyası və geofizikası üzrə tədqiqatlarla məşğul olan mütəxəssislər üçün dəyərli məlumat mənbəyidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: