Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik” adlı monoqrafiya nəşr olunub
11.05.2022 10:38
  • A-
  • A
  • A+

“Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik” adlı monoqrafiya nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovanın “Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik” adlı monoqrafiyası nəşr olunub.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçiləri professorlar Məhərrəm Qasımlı, Azadə Musayeva və filologiya elmləri doktoru Nailə Səmədovadır.

Kitabda Azər Buzovnalının poetik irsi ilk dəfə hərtərəfli və sistemli şəkildə araşdırılıb, şairin zəngin yaradıcılıq nümunələrinin ideya, məzmun, forma və bədii sənətkarlıq xüsusiyyətləri tədqiqata cəlb olunub, müxtəlif mövzuları əhatə edən yaradıcılığı arxiv nümunələri əsasında ədəbi janrlar və üslubi baxımdan tədqiqata cəlb edilərək Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyi aydınlaşdırılıb, onların bədii sənət nümunəsi kimi dəyəri müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: