Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.05.2022 12:32
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan iclas keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimi olduğunu bildirib. Baş direktor qeyd edib ki, Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən edərək, rifahın, tərəqqinin Azərbaycan modelini yaradıb.

Sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva çıxış edərək dünya şöhrətli siyasətçi Heydər Əliyevin keçdiyi həyat yolu, müdrik siyasəti, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunduğundan bəhs edib.

Daha sonra çıxış edən institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək davamçı yetişdirdiyini, bu gün Ümummilli Liderin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində uğurla inkişaf etdiyini vurğulayıb.

Heydər Əliyevin vəsiyyətlərini gerçəkləşdirən Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və rəhbərliyi altında 30 ildən bəri düşmən əsarətində olan Qarabağ artıq əbədi azadlığına qovuşub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: