Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi ilə bağlı sərgi təşkil edilib
16.05.2022 10:42
  • A-
  • A
  • A+

MEK-də görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi ilə bağlı sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

Sərgidə elmi xidmət biblioqrafiyasının təməlini qoyan görkəmli alimin müəllifi olduğu “Kitabxana işinin iqtisadiyyatı” kitabı, Abuzər Xələfovun “Azərbaycanda kitabxana işinin təşkili” əsəri, “Kitabxanaşünaslığa giriş” dərslikləri, “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalın sayları və digər nəşrlər yer alıb.

R.Kazımovun 1954-2007-ci illərdə nəşr olunan 245 ədəbiyyatdan ibarət şəxsi kolleksiyası alimin vəfatından sonra ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.

Qeyd edək ki, 2017-ci ildə MEK tərəfindən R.Kazımovun həyatı, elmi və pedaqoji fəaliyyətini əks etdirən 12 cildlik biblioqrafik göstəricilər çap olunub və elektron formatı hazırlanıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: