Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dili dialekt və şivələrinin xalq təbabəti leksikası” adlı monoqrafiyası işıq üzü görüb
16.05.2022 12:04
  • A-
  • A
  • A+

“Azərbaycan dili dialekt və şivələrinin xalq təbabəti leksikası” adlı monoqrafiyası işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Gülhüseyn qızı Qəmbərovanın Azərbaycan və ingilis dillərində “Azərbaycan dili dialekt və şivələrinin xalq təbabəti leksikası” adlı monoqrafiyası çapdan çıxıb.

Kitab Dilçilik İnstitutu Elmi şurasının 31 yanvar 2022-ci il tarixli 2 saylı protokoluna əsasən çap olunub.

Əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent K.İmamquliyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent K.Quliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent G.Axundovadır.

Vəsaitin ingilis dilinə tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva-Nəbiyevadır.

Kitabın elmi-tibbi məsləhətçisi həkim-terapevt Şahin Məmmədovdur.

Azərbaycan və ingilis dillərində yazılmış monoqrafiya Azərbaycan dilinin xalq təbabəti leksikasının diaxronik-dialektoloji tədqiqinə həsr olunub. Kitab “Ön söz”, mövzuya dair elmi tədqiqat, 2300-dən çox sözlük, istifadə olunmuş ədəbiyyat, informatorların siyahısı, əlavələr və s. ibarətdir.

“Ön söz”də Azərbaycan dilinin etnotəbabət leksikası məsələlərinə müfəssəl nəzər salınıb, mövzunun aktuallığı əsaslandırılıb. Sözlük hissəsində Azərbaycan dilinin xalq təbabəti leksikasının izahlı-ikidilli izahlı lüğətində sözlərin aid olduğu nitq hissəsi, Azərbaycan ədəbi dilində və ingilis dilindəki qarşılığı verilib.

Monoqrafiya dilçi-filoloqlar, tarixçi-etnoqraflar, həmçinin geniş oxucu kütləsi üçün maraqlı elmi və təcrübi faktlarla zəngindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: