Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə müsahibə Tokio şəhərində fəaliyyət göstərən “ajmedia.jp” xəbərlər portalında dərc olunub
16.05.2022 12:24
  • A-
  • A
  • A+

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə müsahibə Tokio şəhərində fəaliyyət göstərən “ajmedia.jp” xəbərlər portalında dərc olunub

AMEA-nın rəsmi science.gov.az portalında dərc olunmuş dünya şöhrətli azərbaycanlı alim, yeni nəsil displey ekranlar sahəsində tanınmış mühəndis, professor Xəlil Kələntərlə müsahibə Tokio şəhərində fəaliyyət göstərən “ajmedia.jp” xəbərlər portalında yapon dilində işıq üzü görüb.

Qeyd edək ki, çoxsaylı patent və ixtiraların müəllifi olan, LCD monitorun əsas yaradıcılarından biri hesab edilən X.Kələntər dünyada geniş istifadə olunan texnologiyalardan olan fotoaparatlar, kameralar, elektron şüa qurğuları, mikrosxemlər, plazma monitorları, maye kristal monitorların hazırlanmasında böyük xidmətləri ilə seçilən alimlərimizdəndir.

Müsahibə ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: