Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü elan edir
16.05.2022 16:32
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü elan edir

Mayın 18-i - Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir rayonunda yerləşən Xaqani Şirvani adına Aran regional filialı ənənəvi olaraq “Açıq qapı günü elan edir.

“Açıq qapı” günündə Kürdəmir rayon sakinləri və şəhərin qonaqları muzeyin zəngin ekspozisiyası ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə ətraflı məlumat veriləcək, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: