Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi REA-nın jurnalında çap olunub
18.05.2022 10:36
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi REA-nın jurnalında çap olunub

AMEA-nın  İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının müdiri, professor Kamil Mənsimov və laboratoriyanın  aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyevin həmmüəllif olduqları  məqalə Rusiya Elmlər Akademiyasının (REA) “Автоматика и телемеханика, 2022, №4” (“Automation and Remote Control”) jurnalında dərc olunub.

Məqalə küylərlə xarakterizə olunan hiperbolik tip ikinci tərtib stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələsinin tədqiqinə həsr olunub, müxtəlif şərtlər daxilində optimallıq üçün Pontryaginin maksimum prinsipi tipli  birinci tərtib zəruri şərt tapılıb və məxsusi idarələrin optimallığı araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: