Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
19.05.2022 09:48
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.

Seminarı ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın Nəzəri astrofizika və kosmologiya şöbəsinin kiçik elmi işçisi Şahnaz Tağıyeva “Sərt divar modelində N+γ*→R elektromaqnit formfaktorunun təyini” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda AdS/KXD-nin sərt divar modelində nuklon və foton sahələri üçün hərəkət tənliklərinin həllini təqdim edib. O, qeyd edib ki, tənliklər həll edilərək profil funksiyası və daxildən sərhədə propaqator üçün inteqral təsvirlər alınıb. AdS/KSN uyğunluğuna əsaslanaraq bu sahələrin qarşılıqlı təsiri üçün təsirin ifadəsindən istifadə edərək Roper-nuklon üçün N+γ*→R keçidinin elektromaqnit formfaktorunun ifadələri alınıb, ədədi analizin tətbiqi ilə formfaktorların Q^2-dan asılılıq qrafikləri qurulub. Müəyyən edilib ki, bu üsulla alınan asılılıqlar təcrübi nəticələrlə və digər müəlliflərin nəticələrilə uyğunluq təşkil edir.

Məruzə seminar iştirakçıların marağına səbəb olub, çıxışın yekununda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: