Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub
19.05.2022 15:01
  • A-
  • A
  • A+

“44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın “44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub.

Kitabın tərtibçisi Esmira Fuad, baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Əkbər Elyar və Səadət Şıxıyevadır (həm də tərcüməçisi). “II Qarabağ savaşının Güney ədəbiyyatına yansıması” başlıqlı “Ön söz”ün müəllifi Esmira Fuaddır.

Topluda 27 Güney Azərbaycan şairi haqqında qısa bioqrafik məlumatlar və Vətən müharibəsinə həsr olunmuş şeirləri toplanıb.

Antologiyada Kərim Güləndam, Həmid Əhmədzadə Telmixan, Cabir Lütfi, Nadir Paşa, Kövrək Hüseyn, Səhər Xiyavi, Hayde Bulukı Özləm, Fəridə Süleymani Aytəkin, Çiçək Ağbulud və digərlərinin poeziya örnəkləri ilə yanaşı, Rəsul Qədirinin “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” poemaları da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: