Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” kitabı işıq üzü görüb
23.05.2022 16:42
  • A-
  • A
  • A+

İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edilmiş “Qıymayın uşaqlara”  kitabı çap olunub.

Nəşrin redaktoru Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, rəyçisi Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.

“Tanrıdan gələn səsdi: “Qıymayın uşaqlara” adlı “Ön söz”ü filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Nizaməddinqızı yazıb. Kitabın rəssamı Zəhra Əkbərlidir.

172 səhifəlik kitab müəllifin sayca otuz birinci, uşaqlar üçün isə yeddinci kitabıdır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olan sözügedən nəşrdəki şeirlərdə müharibə törədənlərə, uşaqların faciəli ölümlərinə dərin nifrət, 44 günlük Vətən müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi hissləri aşılanır. Kitabda uşaqlar üçün yazılmış şeirlərlə yanaşı, üç pərdəli “Pəhləvanın bağında” mənzum pyesi də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: