Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Orta əsrlər tarixçisi Fəzlullah Rəşidəddinin “Təsir və dirçəliş” əsəri Azərbaycan dilində çap olunub
23.05.2022 17:34
  • A-
  • A
  • A+

Orta əsrlər tarixçisi Fəzlullah Rəşidəddinin “Təsir və dirçəliş” əsəri Azərbaycan dilində çap olunub

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda orta əsrlər dövrünün görkəmli alimi, dövlət xadimi, tarixçisi Fəzlullah Rəşiddədinin “Təsir və dirçəliş” əsərinin fars dilindən tərcüməsi nəşr olunub.

Azərbaycanın XIII-XIV əsr florasına həsr edilən kitabda yüzdən çox bağ və bostan bitkilərinin becərilməsi, toxumların mühafizəsi, peyvənd üsulları, ziyanvericilərə qarşı mübarizə və digər elmi-təcrübi məsələlər əks olunub. Kitab kənd təsərrüfatı tarixi ilə maraqlananlar, etnoqraflar və tarixçilər üçün maraqlı qaynaq ola bilər.

Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, rəyçilər isə tarix elmləri doktoru, professor Tofiq Mustafazadə və tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyndir. Əsərin fars dilindən tərcüməsi, giriş məqaləsi, şərhlər və terminlərin göstəricisi mərhum alim Vaqif Piriyevə aiddir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: