Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Albaniyanın qərb torpaqları” kitabı nəşr olunub
24.05.2022 17:04
  • A-
  • A
  • A+

“Albaniyanın qərb torpaqları” kitabı nəşr olunub

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda qədim Azərbaycan dövlətinə həsr edilən “Albaniyanın qərb torpaqları (antik dövr)” kitabı nəşr olunub.

Monoqrafiya Azərbaycanın itirilmiş tarixi torpaqlarının araşdırılması baxımından çox əhəmiyyətli mövzuları əhatə edir. Çar Rusiyası dövründən başlayaraq bu günədək Albaniya dövlətinin ərazi tarixi qonşu dövlətlər tərəfindən saxtalaşdırılıb, İberiyadan Xəzər dənizinə, Qafqaz sıra dağlarından Araz çayınadək geniş torpaqları əhatə edən bu dövlətin ərazisi yalnız Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşdırılıb. Əsərdə antik qaynaqlara istinadən Albaniyanın qərb sərhədləri yenidən işlənilib, ərazinin tarixi coğrafiyası, etnik və siyasi tarixi təhlil edilib.

Nəşrin müəllifi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova, redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri isə tarix elmləri doktoru, professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: