Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzü Qorxmaz İmanovun elmi əsəri beynəlxalq topluda nəşr olunub
26.05.2022 09:38
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzü Qorxmaz İmanovun elmi əsəri beynəlxalq topluda nəşr olunub

2022-ci ilin may ayında İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının (RACEF) 18-19 noyabr 2021-ci ildə Barselonada keçirilən “Sars-Covid-2-dən sonra yeni iqtisadiyyat. Reallıqlar və texnoloji inqilab” XVI Beynəlxalq Aktın toplusu işıq üzü görüb.

Topluda RACEF-in xarici üzvü, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun elmi əsəri də yer alıb. Əsər Azərbaycanın sosial-iqtisadi inkişafı üçün Covid-dən sonrakı milli prioritetlərə həsr olunub.

Sözügedən əsərdə IV Sənaye İnqilabının elementlərini və Azərbaycanın 2030-cu ilə qədər inkişaf strategiyasını nəzərə alaraq ölkənin növbəti Post-COVID dövrü üçün iqtisadi inkişaf perspektivləri müəyyən edilib. Bu baxımdan informasiya kommunikasiya texnologiyalarının aşağıdakı sahələrdə tətbiqi müəyyən olunub: dövlət xidmətində effektiv və şəffaf xidmət; sənayedə texnoparkların və sənaye parklarının yaradılması; kənd təsərrüfatında elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması; nəqliyyatda Avropa və Asiya arasında ticarət yollarının koridoru və s.

Əsərdə, həmçinin maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və bütün proseslərdə informasiya həcminin artırılması qeyd olunur. Bundan başqa, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək azad olunan ərazilərin kənd təsərrüfatı, alternativ enerji və ekoturizm təqdim edən yaşıl artım potensialının əsası olaraq innovasiya təşəbbüslərinin, insan kapitalının keyfiyyətinin artırılması, təbiət potensialının (günəş, külək, hidroelektrik enerji, neft, qaz, kənd təsərrüfatı sahələri) cəlb olunması kriteriyaları qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: