Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Əsəb pozğunluğunun diaqnozu üçün süni intellekt alqoritmləri yaradılıb
27.05.2022 10:24
  • A-
  • A
  • A+

Əsəb pozğunluğunun diaqnozu üçün süni intellekt alqoritmləri yaradılıb

Kanadanın Alberta Universitetinin alimləri travma sonrası əsəb pozğunluğunun (TSSB) diaqnozu üçün süni intellekt (AI) alqoritmlərini yaradıblar.

Tədqiqat zamanı mütəxəssislər psixoterapevtlərin seanslarında alınan mətnlərin tonallığını təhlil ediblər. Videokonfrans vasitəsilə aparılan eksperimentdə 275 iştirakçı ilə psixoterapevtik müsahibə götürülüb. Eksperiment nəticəsində 188 subyektin travma sonrası əsəb pozğunluğundan əziyyət çəkdiyi, 87 nəfərinin isə sağlam olması aşkarlanıb.

Məlum olub ki, xəstələrin mətnlərində daha çox mənfi və ya neytral ifadələr yer alır. Bu metodun dəqiqliyi 80 faizə çatır. Gələcəkdə mütəxəssislər bu texnologiyadan teletibdə istifadə etmək istəyirlər.

day.az

  • Paylaş: